Rusiya Ukraynada şəhər mərkəzini ballistik raketlə vurdu: Yaralılar arasında üç uşaq da var – Video


Rusiya Ukraynada şəhər mərkəzini ballistik raketlə vurdu: Yaralılar arasında üç uşaq da var - Video
20 Noyabr, 2026 - 23:4850
Noyabrın 20-də axşam saatlarında Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərinin mərkəzinə ballistik raketlə zərbə endirib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın NV nəşri məlumat yayıb.
Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanzanın sözlərinə görə, hücum nəticəsində yaralananların sayı 20 nəfərə çatıb. Xəsarət alanlar arasında üç uşaq da var.
Yeddi yaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Raket zərbəsi nəticəsində restoran, qarajlar və avtomobillərə ziyan dəyib.
Hücumdan sonra ərazidə güclü yanğın baş verib. Restoranlardan birində olan insanlar da xəsarət alıblar.
Dərc vaxtına görə
Konkret.azoxuduğunuz
Rusiya Ukraynada şəhər mərkəzini ballistik raketlə vurdu: Yaralılar arasında üç uşaq da var – Video