Rusiya ilə bağlı bu qorxunu dəf etməliyik - Boçorişvili


Gürcüstan əvvəlcə problemli məsələləri olan Rusiya ilə danışmaq qorxusunu dəf etməlidir.
Axar.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili "İmedi TV"yə açıqlamasında deyib.
"Son illərdə Rusiya ilə dialoq və söhbət qorxusunu və onun qəbuledilməzliyini yaymağa çalışıblar. Digər tərəfdən, bu, ən çox problemimizin və ən böyük çətinliklərimizin olduğu ölkədir və bu problemləri dialoq olmadan həll etmək mümkün deyil. Buna uyğun olaraq, ilk növbədə, söhbət qorxusunu dəf etməliyik. Problemləri olan biri ilə danışmaqda qorxulu bir şey yoxdur”, - deyə XİN rəhbəri bildirib.
Qeyd edək ki, Minskdə Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Giorgi Zurabaşvili və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında keçirilən görüşdə bir sıra praktiki razılaşmalar əldə edilib.
Bu, uzun fasilədən sonra tərəflər arasında ilk görüş hesab olunur.
