Rövşən Nəcəf millimizi qrup birinciliyi münasibətilə təbrik etdi


AFFA prezidenti Rövşən Nəcəf UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteyn yığmasını məğlub edən Azərbaycan milli komandasını təbrik edib.
Offsideplus.az xəbər verir ki, qurum rəhbəri bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib:
"Milli komandamız Lixtenşteyn üzərində səfər qələbəsi qazanaraq UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda birinci yeri təmin etdi. Təbriklər, millimiz!"
Qeyd edək ki, Lixtenşteyn – Azərbaycan qarşılaşması yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qola 26-cı dəqiqədə Mahir Emreli imza atıb.
