ROKETSAN-ın ORKA torpedosu AKINCI PUA-sından uğurla buraxılıb - VİDEO


Türkiyənin milli imkanları hesabına hazırlanan yeni nəsil yüngül sinif ORKA torpedosu AKINCI PUA-sından keçirilən sınaq atışını uğurla tamamlayıb.
Ordu.az xəbər verir ki, Türkiyənin müdafiə sənayesində sualtı qayıqlara qarşı mübarizə istiqamətində daha bir mühüm sınaq həyata keçirilib.
ROKETSAN tərəfindən hazırlanan yeni nəsil yüngül sinif ORKA torpedosu “Baykar” şirkətinin istehsalı olan AKINCI PUA-sından uğurla buraxılıb.
Keçirilən sınaqla ORKA torpedosunun pilotsuz uçuş aparatlarından istifadə imkanları nümayiş etdirilib. Bununla yanaşı, Türkiyənin sualtı qayıqlara qarşı mübarizədə yerli sistemlərdən istifadə imkanlarının genişləndirilməsi hədəflənir.
ROKETSAN müxtəlif platformalardan istifadə edilə bilən sursat ailəsini genişləndirmək istiqamətində işlərini davam etdirir.
Bu çərçivədə hazırlanan ORKA torpedosunun AKINCI PUA-sından sınaq atışı uğurla tamamlanıb. Suüstü platformalardan və hava vasitələrindən buraxıla biləcək şəkildə hazırlanan ORKA sualtı qayıq hədəflərinə qarşı nişanalma imkanına malikdir.
Sistemin PUA-larla birlikdə istifadəsi sualtı qayıqlara qarşı mübarizə tapşırıqlarında müxtəlif platformalardan yararlanmağa imkan verməyi hədəfləyir.
ROKETSAN tərəfindən tamamilə milli imkanlar hesabına hazırlanan ORKA Türkiyənin sualtı döyüş sahəsində xarici asılılığını azaltmaq məqsədi daşıyır.
Yeni nəsil yüngül sinif torpedo yüksək sürət imkanları ilə yanaşı, aktiv və passiv sonar başlığı vasitəsilə sualtı qayıq hədəflərini aşkarlaya bilir.
Daxili tuşlama sisteminə malik ORKA sualtı qayıqlara qarşı mübarizə tapşırıqları üçün hədəfə yönəlmə və nişanalma imkanları nəzərə alınmaqla hazırlanıb.
ORKA torpedosunun AKINCI PUA-sından uğurla buraxılması Türkiyənin hava platformaları vasitəsilə sualtı qayıqlara qarşı mübarizə sursatlarından istifadə istiqamətində apardığı işlərdə yeni mərhələ təşkil edir.
ROKETSAN yerli sursat və tuşlama texnologiyaları hazırlamaqla Türkiyə Silahlı Qüvvələrinin müxtəlif əməliyyat şəraitindəki ehtiyaclarını qarşılamağa yönəlmiş fəaliyyətini davam etdirir.
ORKA torpedosunun suüstü platformalardan və hava vasitələrindən istifadə edilə bilməsi Türkiyə Hərbi Dəniz Qüvvələrinin sualtı qayıq təhdidlərinə qarşı istifadə edə biləcəyi sursat seçimlərinin artırılmasını hədəfləyir.
Sevinc Əliyeva Ordu.az