Robotlar müharibə aparacaq, insanlar isə iş axtaracaq...


İQTİSADİYYAT
Bugün, 15:50
Süni intellektin sürətlə inkişafı bəşəriyyət qarşısında yeni imkanlarla yanaşı, ciddi suallar da yaradır. Artıq robotlar və süni intellekt sistemləri təkcə insanlara kömək etmir, onların iş yerlərini də əvəz etməyə başlayır.
Bu gün sosial şəbəkələrdə yayılan bir hadisə diqqətimi çəkdi. Bir qadın bildirib ki, cəmi bir ay ərzində öyrətdiyi süni intellekt onun işini mənimsəyib və nəticədə özü işdən çıxarılıb. Daha maraqlısı isə yeni iş axtararkən müsahibəsini də insan deyil, robot keçirib.
Bu, gələcəyin əmək bazarının necə dəyişəcəyinin kiçik bir nümunəsidir.
Bəs sabah nə olacaq? Zavodlarda, banklarda, media qurumlarında, nəqliyyatda və digər sahələrdə milyonlarla insanın gördüyü işi robotlar yerinə yetirsə, həmin insanlar necə yaşayacaq? İstehsal artacaq, şirkətlərin xərcləri azalacaq, amma işsiz qalan insanların alıcılıq qabiliyyəti necə qorunacaq?
Digər tərəfdən, gələcəyin müharibələri də fərqli olacaq. Bəlkə də döyüş meydanlarında insanlardan daha çox robotlar, pilotsuz təyyarələr və süni intellektlə idarə olunan sistemlər qarşılaşacaq. Bu, əsgər itkilərini azalda bilər. Lakin müharibələrin daha geniş miqyas alması təhlükəsini də yarada bilər.
Əslində, bəşəriyyət qəribə bir paradoksla üz-üzədir: insan öz həyatını asanlaşdırmaq üçün yaratdığı texnologiyanın inkişafı nəticəsində öz əməyinə ehtiyacın azalması ilə qarşılaşır.
Texnologiyanın inkişafının qarşısını almaq mümkün deyil. Ancaq onun yaratdığı sərvətin necə bölüşdürüləcəyi, işsiz qalan insanların sosial müdafiəsinin necə təmin olunacağı barədə indidən düşünmək lazımdır.
Çünki gələcəyin ən böyük problemi robotların insanlardan ağıllı olması deyil, insanların öz yaratdıqları iqtisadi sistemdə yerini itirməsidir.
Robotlar müharibə aparacaq, istehsal edəcək, hətta işə qəbul qərarı verəcək. Bəs insanın gələcək dünyadakı rolu nə olacaq?
Tağı Türk
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
Robotlar müharibə aparacaq, insanlar isə iş axtaracaq... Bugün, 15:50 İQTİSADİYYAT
Rusiya ordusu Ukraynaya ağır zərbələr endirib Bugün, 14:53 GÜNDƏM
Prezident İlham Əliyev Jozef Aunuya məktub göndərib -MƏTN Bugün, 13:05 GÜNDƏM
Sabah hava necə olacaq? - Proqnoz Bugün, 12:53 GÜNDƏM
Xəzər TV-nin süjeti: "Nar ağaclarını kəsib, gecə ilə yerini asfaltlayıblar" - Xətaidə + VİDEO Bugün, 11:59 CƏMİYYƏT
""AZƏRİQAZ, nə baş verir, sistem işləmir, ya qoyduğunuz sayğaclar?"" Bugün, 11:09 CƏMİYYƏT
COP31-də iqlim sazişinin yeni layihəsi təqdim olunub Bugün, 10:27 DÜNYA
Dövlət Sosial Müdafiə Fondunun borcları kəskin artıb - Bu, pensiyaçılara nə vəd edir? Bugün, 10:13 İQTİSADİYYAT
Naxçıvanda 3 bal zəlzələ olub Bugün, 09:05 GÜNDƏM
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq 21.11.2026, 18:01 GÜNDƏM
"BDU-da heç kim işdən azad olunmayıb, nə də yeni təyinat var" - Mətbuat katibindən açıqlama 21.11.2026, 18:00 CƏMİYYƏT
"Azəriqaz" rəhbərinin Naxçıvana səfəri birmənalı qarşılanmadı - "Ciddi bir iyerarxiya və status fərqi var" 21.11.2026, 17:49 GÜNDƏM
Məktəb direktorlarının seçimində müsbət irəliləyişlər və yeni gözləntilər... - Vahid Tağıyev yazır 21.11.2026, 15:33 YAZARLAR
Vüqar Rəhimzadə: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır 21.11.2026, 15:05 SİYASƏT
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - ÇIXIŞLAR + FOTOLAR 21.11.2026, 14:43 GÜNDƏM
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar... - Saxlanılanlar var (VİDEO) 21.11.2026, 13:13 KRİMİNAL
Sabah hava necə olacaq? - Proqnoz 21.11.2026, 12:55 CƏMİYYƏT
SAKİT OKEANA DOĞRU... 21.11.2026, 12:22 YAZARLAR
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib - Nələr müzakirə olunub? 21.11.2026, 12:17 CƏMİYYƏT
Azərbaycan neft 1.5 dollar ucuzlaşdı 21.11.2026, 11:55 İQTİSADİYYAT
YAP möhkəm ideoloji təmələ malikdir - Afiq Mirzə yazır 21.11.2026, 11:43 SİYASƏT
"Ulduz" jurnalının Xaqaniyə həsr olunmuş xüsusi sayının Sumqayıtda təqdimatı keçirilib 21.11.2026, 11:28 MƏDƏNİYYƏT
Bakının mərkəzində Xalq rəssamının oğlunun meyiti tapıldı 21.11.2026, 11:15 CƏMİYYƏT
İlham Əliyev Vyetnamın Prezidenti, Baş naziri və Milli Assambleyanın sədri ilə görüşüb - FOTOLAR (Yenilənib) 21.11.2026, 10:07 GÜNDƏM
Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifasından yazdı: "Əla tələffüz və gözəl ifa!" - VİDEO 21.11.2026, 09:52 SİYASƏT
Şəmkirdə qadın abort zamanı ölüb 21.11.2026, 09:01 CƏMİYYƏT
Bakıda həkimin sürücüsü ilə bağban arasında dava - Villada nə baş verib? + VİDEO 21.11.2026, 00:07 CƏMİYYƏT
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR 21.11.2026, 00:06 CƏMİYYƏT
Tramp Tehranla anlaşa bilmədiklərini etiraf etdi: "Neftin qiymətinin enməsi İrandan aslıdır" 20.11.2026, 22:22 GÜNDƏM
SABİQ NAZİR İDARƏ MÜDİRİ TƏYİN OLUNDU - Əvvəlki müdirə isə Agentlikdə yeni vəzifə verildi 20.11.2026, 21:32 GÜNDƏM
Həbsdən çıxıb klubu geri aldılar 20.11.2026, 21:01 İDMAN
BDU-nun prorektoru vəzifədən azad olunub 20.11.2026, 20:56 CƏMİYYƏT
YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR 20.11.2026, 18:50 SİYASƏT
DTX-dən XARİCDƏ NÖVBƏTİ ƏMƏLİYYAT: iki nəfər saxlanılaraq ölkəmizə gətirildi - FOTOLAR 20.11.2026, 18:45 KRİMİNAL
