Robert Uittaker: "Adesanya motivasiyalı olsa, "Şara Bullet"i məğlub edər"


Sabiq UFC çempionu Robert Uittaker İsrael Adesanya ilə "Şara Bullet" (Şarabutdin Maqomedov) arasında baş tuta biləcək döyüş barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, avstraliyalı döyüşçü bu qarşılaşmanın Adesanya üçün asan keçməyəcəyini, lakin nizam-intizamlı və motivasiyalı çıxış edəcəyi təqdirdə qalib gəlmək şansının yüksək olduğunu bildirib:
"Şara onu yerə yıxmağa çalışmayacaq. Döyüş ayaqüstə davam etsə, İsrael bu sahədə fenomenaldır. Onun zərbə texnikası çox yüksək səviyyədədir. Sadəcə, bu konsentrasiyanı mübarizənin sonunadək qoruyub saxlamalıdır. Burada əsas rəqib İsraelin özüdür. Mən əvvəlki Adesanyanı görmək istəyirəm – tam hazır, diqqətli və motivasiyalı. O zaman Şaranı məğlub edə bilər".
1 mənbə