Rişarlison ilə bağlı ilginc qərar


Londonun “Tottenhem” klubu braziliyalı hücumçu Rişarlisonu İngiltərə Premyer Liqasının başqa bir komandasına buraxmaq niyyətində deyil.
Publika.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
Mənbənin məlumatına görə, hücumçu ilə “Everton” və “Kristal Pelas” klubları maraqlanır, lakin “Tottenhem” rəqiblərini gücləndirməmək üçün Rişarlisonu xaricə göndərməyə üstünlük verir. Oyunçunun Türkiyə və Braziliyada da izlənildiyi bildirilir.
Bu mövsüm 29 yaşlı Rişarlison cəmi iki oyunda meydana çıxıb və bir qol vurub. Bundan sonra o, əsas komandadan kənarlaşdırılıb.
“Transfermarkt” portalının məlumatına görə, hücumçunun bazar dəyəri 15 milyon avrodur.
