Rəşad Eyyubov: “Nəticədən çox göstərdiyimiz oyun önəmli idi"


Azərbaycanın U-21 millisinin baş məşqçisi Rəşad Eyyubov komandasının keçirdiyi son iki oyunla bağlı fikirlərini bölüşüb.
1Sport.az xəbər verir ki, gənc mütəxəssis futbolçuların klublarındakı çıxışını yaxından izləyəcəyini bildirib:
“Bizim üçün vacib olan iki oyun keçirdik. Əsas məqsədimiz oyun fəlsəfəmizlə futbolçularımızın potensialı arasında düzgün balansı tapmaq idi. Bu matçlarda nəticədən daha çox meydanda göstərdiyimiz futbol bizim üçün önəmli idi. Bununla belə, hər iki görüşdə hücum futbolu nümayiş etdirərək qələbə qazanmağımız sevindirici haldır. İndi isə işimizi davam etdirəcək, futbolçularımızın klublarındakı çıxışlarını və inkişafını yaxından izləyəcəyik”.
