"Real Madrid"in sabiq futbolçusu Ukraynanın "ölüm" siyahısına daxil edildi


"Real Madrid"in sabiq futbolçusu Ukraynanın "ölüm" siyahısına daxil edildi.
Offsideplus.az xəbər verir ki, Keçmiş almaniyalı ulduz Mesut Özil FİFA-nın siyasətini və təşkilatın Rusiya ilə İsrailə qarşı tətbiq etdiyi fərqli yanaşmaları tənqid etdikdən sonra Ukraynanın kontroversial "Myrotvorets" (Mirotvorets) məlumat bazasına əlavə olunub.
Özil daha əvvəl verdiyi açıqlamalarda FİFA-nın Rusiya klubları və milli komandalarına qarşı sanksiya tətbiq etdiyi halda, İsrail komandalarının beynəlxalq yarışlarda iştirakına icazə verməsini ikili standart kimi qiymətləndirmiş və qurumu hər kəsə eyni mövqedən yanaşmağa çağırmışdı. Bu bəyanatdan sonra Ukrayna tərəfindən sözügedən siyahıya daxil edildiyi bildirilib.
"Arsenal" və "Real Madrid"in sabiq futbolçusu idmanın insanları birləşdirməli olduğunu, FİFA-nın isə tətbiq etdiyi qərarlarda ədalətli və bərabərhüquqlu prinsipi qorumalı olduğunu vurğulamışdı.
Ukrayna resursu tərəfindən keçmiş futbolçunun bu açıqlamaları və Rusiya dostlarına ünvanladığı mesajlar səbəbindən siyahıya əlavə olunduğu qeyd edilib.
Sözügedən addım həm idman, həm də siyasi dairələrdə geniş müzakirələrə yol açıb.
1 mənbə
