“Real Madrid” bannerə görə cərimələndi


İspaniyanın “Real Madrid” klubu İspaniya La Liqasının prezidenti Xavyer Tebasa qarşı nümayiş etdirilən bannerə görə 3 min avro cərimələnib.
Sportify.az xəbər verir ki, bu barədə İspaniyanın nüfuzlu AS nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, mübahisəyə səbəb olan banner oktyabrın 18-də “Real Madrid”in “Sevilya” üzərində 4:1 hesablı qələbə qazandığı matçda “Santyaqo Bernabeu” stadionunda asılıb. Bannerin üzərində “Bu, futbol deyil, Tebas və Neqreyra məsələsidir” sözləri yazılıb. Adların mavi-qırmızı rənglərlə vurğulanması isə “Barselona”ya qarşı qərəzsizlik məsələsinə eyham olub.
Bundan başqa, “Real Madrid” azarkeşləri La Liqa prezidentinin əleyhinə şüarlar səsləndiriblər. Nəticədə İspaniya çempionatının intizam komitəsi bannerə və azarkeşlərin şüarlarına görə Madrid klubunu 3 min avro cərimələyib.
Dərc vaxtına görə
Sportify.azoxuduğunuz
“Real Madrid” bannerə görə cərimələndi
