“Real”dan Arda Gülərlə bağlı yeni qərar


“Real Madrid” Türkiyə millisinin futbolçusu Arda Gülərlə yeni müqavilə imzalayıb.
"Bakupost" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Madrid təmsilçisi 21 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddətini 2032-ci ilin yayına qədər uzadıb.
Yeni müqavilə ilə Ardanın maaşı da artırılıb.
Ardanın əvvəlki müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədə idi.
Qeyd edək ki, Arda Gülər 2023-cü ildə “Fənərbağça”dan “Real”a keçib.
Dərc vaxtına görə
Bakupost.azoxuduğunuz
“Real”dan Arda Gülərlə bağlı yeni qərar
