“Real”da yeni müqavilə – rəsmi
Futbolpress.azŞahin Cəfərov


“Real” daha bir futbolçusu ilə müqaviləni uzadıb.
Futbolpress.az xəbər verir ki, “kral klubu” qapıçı Tibo Kurtua ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Madrid təmsilçisi belçikalı qolkiperlə anlaşmanın müddətini 2028-ci ilin yayına kimi artırıb.
“Real” bundan əvvəl Arda Güler və Orelyen Çuameni ilə müqaviləni uzadıb.
34 yaşlı qapıçı 2018-ci ildən İspaniya təmsilçisində çıxış edir. O, bu mövsüm La Liqada 11 oyunda forma geyinib.
