"Razılaşmaya görə Ağadadaş "Neftçi"yə qarşı oynamadı" - Yuri Maksimov


“Araz-Naxçıvan”ın baş məşqçi Yuri Maksimov Misli Premyer Liqasının 12-ci turunda “Neftçi” ilə keçirilən oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, Şamaxıda 1:3 hesabı ilə məğlub olduqları görüşü belə şərh edib:
"Lider komandaya qarşı oynamaq asan olmadı. Daha çox top saxlamağa çalışırdıq. İlk qolu gözlənilməz şəkildə buraxdıq. Sonradan hesabı bərabərləşdirməyə çalışsaq da, ardıcıl qollar buraxdıq.
Ağadadaş Salyanskinin bu gün oynamamasına gəlincə, o, "Neftçi"nin futbolçusidur və bizdə icarəsə çıxış edir. Razılaşmaya görə müqavilə ilə məxsus olduğu komandaya qarşı oynamadı".
Mirağa
