Razi Nurullayev İmişlidə seçiciləri dinlədi: işsizlik -Fotolar


Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev İmişli rayonuna səfəri çərçivəsində rayon mərkəzində seçiciləri qəəbul edərək onların problem və şikayətlərini dinləyib. ⠀ Müraciətlərin əsas mövzuları:
Avropa.info xəbər verir ki, görüş zamanı vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təminat, icbari tibbi sığortanın qarşılamadığı müalicə xərcləri və bir sıra qurumlardakı şəffaflıq məsələləri ilə bağlı olub. ⠀ Qeydlər götürülüb:
Deputat vətəndaşların bütün müraciətlərini diqqətlə dinləyib və qaldırılan məsələlərlə bağlı müvafiq qeydlər aparılıb. Bildirilib ki, səsləndirilən problemlərin həlli istiqamətində aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacaq və müraciətlərin icrası nəzarətdə saxlanılacaq.
