Quruyan Xəzər təhlükəyə çevrilir -

7 dəq oxu
Xəbər
BAKI, 18 noyabr. TELEQRAF
Dünyanın ən qapalı su hövzəsi - Xəzər dənizi ilbəil dayazlaşır. Proqnozlara görə, dənizdə suyun səviyyəsi bütün müşahidələr dövrü ərzində ən aşağı həddə düşüb. Səviyyə Baltik yüksəkliklər sisteminə əsasən 29 metr azalıb. Bu, 1990-cı illərin ortalarından bəri davam edən sabit azalma prosesinin kulminasiya nöqtəsidir.
Mütəxəssislərin proqnozlarına görə, əsrin sonuna qədər suyun səviyyəsi daha 9-18 metr düşə bilər. Bu isə dənizin sahəsinin təxminən ¼ qədər kiçilməsinə səbəb olacaq.
Bəs Xəzər dənizi niyə quruyur, bunun hansı təsirləri olacaq?
Xəzər dənizi quraq regionun iqlimini tənzimləyən sistem kimi çıxış edir, həmçinin Mərkəzi Asiya və Qafqazın yağıntı və rütubətlə təmin olunmasında mühüm rol oynayır.
Zəngin bioloji müxtəlifliyi ilə məşhur olan Xəzər dənizində təxminən 850 heyvan növü yaşayır, 500 bitki növünə ev sahibliyi edir. Bəzi hesablamalara görə, dənizdə 48 milyard barel neft və 292 trilyon kubmetr təbii qaz ehtiyatı mövcuddur.
Bu gün Xəzər dənizi sahilində yerləşən beş ölkə - Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran yüklərinin böyük hissəsini dəniz vasitəsilə daşıyır. Əgər dənizin səviyyəsi aşağı düşməkdə davam edərsə, Xəzər vasitəsilə yükdaşımaların həcmi də kəskin şəkildə azalacaq. Bu isə sahilyanı ölkələrin iqtisadiyyatlarına ciddi mənfi təsir göstərəcək.
“Yaşıl Dünya” Ekoloji Maartifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Teleqraf-a deyib ki, Xəzər dənizinin dayazlaşması son illərdə regionun ən böyük ekoloji problemlərindən birinə çevrilib:
“Qlobal iqlim dəyişikliyi, temperaturun yüksəlməsi, buxarlanmanın intensivləşməsi və su balansının pozulması dənizin dayazlaşmasını sürətləndirən əsas amillər sırasındadır”.
QHT sədri bildirib ki, Xəzərin çəkilməsi ilə bağlı son 10 ilin statistikası acınacaqlıdır:
“2016-2025-ci illərdə aparılmış peyk müşahidələrinə əsasən, dənizin su səthinin sahəsi təxminən 11 216 kvadratkilometr azalıb. Su səviyyəsi 1,33 metr aşağı düşüb. Bəzi şimal-şərq sahillərində suyun geri çəkilməsi 20 kilometri ötüb”.
Ekspertin fikrincə, Xəzərin səviyyəsinin aşağı düşməsinin əsas səbəblərindən biri qlobal iqlim dəyişikliyi nəticəsində regionda orta illik temperaturun yüksəlməsidir:
“Temperatur artdıqca dəniz səthindən buxarlanma intensivləşir və su itkisi sürətlənir. Dayazlaşmanı sürətləndirən digər mühüm amil Volqa çayının hövzəsində yağıntı rejiminin dəyişməsi və dənizə daxil olan suyun həcminin azalmasıdır. Digər çayların su ehtiyatlarından kənd təsərrüfatında, sənayedə və kommunal təsərrüfatda geniş istifadə edilməsi də Xəzərə çatan suyun miqdarına təsir göstərir.
Bu xəbəri 2 mənbə yazıb
Dərc vaxtına görə
- Orijinal
Teleqraf.azoxuduğunuz
Quruyan Xəzər təhlükəyə çevrilir -
- Orijinal



