Qobustan Yaşıllaşdırma İdarəsi "təsərrüfat malları" adı altında 50,9 min manatlıq suvarma boruları və fitinqlər alır


Qobustan Rayon İcra Hakimiyyətinin 1 saylı Yaşıllaşdırma İdarəsi suvarma sistemlərinin qurulması və təchizatı məqsədilə keçirdiyi satınalma müsabiqəsinə yekun vurub.
32gun.az-ın verdiyi məlumata görə, idarə "təsərrüfat malları"nın satın alınması üzrə "PLT Busi̇ness" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1101706671) ilə müqavilə bağlayıb.
Tərəflər arasında imzalanmış müqavilənin dəyəri 50.965,38 AZN (50,9 min manatdan çox) təşkil edir. Satınalma sənədlərində "təsərrüfat malları" kimi göstərilən sifarişin tərkibində əsasən müxtəlif diametrli polietilen (HDPE) su boruları, damcı suvarma xətləri və fitinqlər yer alıb. Belə ki, idarə tərəfindən 200 min metr d-16 mm damcı suvarma borusu, eləcə də d-50, d-63, d-90, d-110, d-140 və d-160 mm ölçülü təzyiqli magistral borular, 20 min ədəd damcı suvarma "göbələyi", minlərlə ədəd maşon, rezin conta, dişli nipel, sıxma vint birləşdiriciləri, mufta, kəmərkeçid, flanş və üçqulaq kimi detallar sifariş edilib.
Ayaz