Qızılın qiyməti kəskin ucuzlaşıb

1 dəq oxu
Xəbər
Dünya bazarında qızılın qiyməti 2025-ci il sentyabrın 8-dən bəri ilk dəfə bir troya unsiyası üçün 3650 dollardan aşağı düşüb.
“Comex” birjasının məlumatına görə, 2026-cı ilin dekabrında çatdırılma nəzərdə tutulan qızıl fyuçerslərinin qiymətində ciddi azalma qeydə alınıb.
Bakı vaxtı ilə saat 01:23-də qızılın bir troya unsiyasının qiyməti 2,49 faiz azalaraq 3648,8 dollar təşkil edib.
Saat 01:33-də isə ucuzlaşma sürətlənib və qiymət 3 faiz azalaraq 3629,8 dollara enib.
Bu xəbəri 7 mənbə yazıb
Dərc vaxtına görə


