Qızıl kəskin ucuzlaşdı


İQTİSADİYYAT
161
18.11.2026, 19:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Qızılın birja qiyməti 24 sentyabr 2025-ci il tarixindən bəri ilk dəfə olaraq bir troy unsiyası üçün 3750 dollardan aşağı düşüb.
Oxu24.com xəbər verir ki, bunu Nyu-Yorkda yerləşən “Comex” birjasının ticarət məlumatları sübut edir.
Belə ki, qiymətli metalın dəyəri təxminən üç faiz ucuzlaşıb. Saat 16:10-a olan məlumata görə, dekabr ayı üzrə fyuçers müqaviləsinin qiyməti 107,33 dollar azalaraq bir troy unsiyası üçün 3756,87 dollara enib. Qızılın qiyməti ən aşağı nöqtədə 3744,92 dollara qədər düşüb ki, bu da son bir ildən artıq müddətdə qeydə alınan ən aşağı səviyyədir.
Həmçinin oxuyun
Digər xəbərlər
Dərc vaxtına görə
