Qızıl Hacı

3 dəq oxu
Xəbər
(Real həyata əsaslanır)
Kəndin kənarında bir dayı vardı,
Arvadı,bir oğlu,xoş payı vardı.
Onun qapısında malı-qarası,
Var idi çoxlu pulu-parası.
İnəkdən-qoyundan kəsib satardı,
Kasıba-kusuba o əl tutardı.
Çoxları onlardan süd alardılar,
Aldığı bu süddən xoş olardılar.
Kişinin oğlunun adı Hacıydı.
Uşaq bir az sərt,bir az da acıydı,
Amma ki,ürəyi çox kövrək idi.
Lazım olan anda çox gərək idi.
Kənddə Sara adlı bir xala vardı.
O çox mehribandı,qəlbi bahardı.
Bütün uşaqlara can-can deyərdi,
O çox kasıb idi,nimdaş geyərdi.
Narahat edərdi bu hal Hacını,
Qəlbinə çəkərdi bütün acını.
Heç bir kəsə bir söz demədən Hacı,
Elə hey düşünür,o acı-acı.
Elə bil dedilər axır ki,ona,
Çatdırmaq lazımdı bu işi sona.
Kənddən aşağıda,sol kənarında,
Körpünün yanında,çay kənarında,
Yaşayan kişinin işləri çoxdu.
İşini görməyə kimsəsi yoxdu.
Hacı dərsdən sonra tapdı kişini.
Hər gün gedib gördü,onun işini.
Hər gün də pulunu alıb gələrdi,
Bazarlığa görə pulu bölərdi.
Aldığın həyətə qoyub gedərdi,
Bununçün Allaha dua edərdi.
Gedib evlərinə dərsin oxuyur,
Gördüyü işləri gizli saxlıyır.
Bu fikir Sara xalanı almışdı,
Doğrusu bu işə O mat qalmışdı.
Kimdi bu ruzini bizə göndərən?
Kimdi bu igid,kimdi bu ərən?
Bəlkə də gedəcək nə vaxtsa toya,
Paltar da lazımdı Sara xalaya.
Deyib paltar aldı,birdəki,yaylıq,
Azuqə də aldı ona bir aylıq.
Hacı aldığının pulunu verdi.
İstədi götürə,birdən o gördü,
Bir uşaq yaylığı götürüb qaçır,
Bu uşaq sanki,qol-qanad açır.
Satıcı uşağı tutub,qaytarır.
Yaylığı uşağın əlindən alır.
Hacı da uşağı qaldırır göyə,
Az qalır ki,başı tavana dəyə.
Satıcı utanır özü-özündən,
Tökülür xəcalət təri üzündən.
Mənbə
1 mənbə



