Fərdi jurnalist müsabiqəsində rəqəmsal hesablar qiymətləndiriləcəkdir


6 mənbə əsasında
Azərbaycan Respublikası Media və Yayım Şurasının şöbə müdiri Natiq Məmmədlinin verdiyi məlumata görə, fərdi jurnalist müsabiqəsində yeni qaydalar tətbiq olunacaqdır. Müsabiqə zamanı jurnalistlərin özlərinə məxsus rəqəmsal hesablarda paylaşdıqları materialların auditoriya ilə qarşılıqlı əlaqə göstəriciləri nəzərə alınacaqdır. Qiymətləndirmə prosesində paylaşımların topladığı bəyənmə, şərh, təkrar paylaşım və saxlamaların ümumi sayı hesablanacaqdır. Bu yenilik materialların rəqəmsal müstəvidə yaratdığı təsiri və auditoriyaya çatdırılmasını qiymətləndirməyə imkan verəcəkdir.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Qiymətləndirmədə jurnalistin müsabiqəyə təqdim etdiyi materialla bağlı fərdi rəqəmsal hesablarında paylaşımları nəzərə alınacaq
Fərdi jurnalist müsabiqəsində jurnalistlərin özlərinə məxsus və idarə etdikləri rəqəmsal hesablarda paylaşdıqları materialların auditoriya ilə qarşılıqlı əlaqə göstəriciləri də qiymətləndiriləcək. Bunu Azərbaycan Respublikası Media və Yayım Şurasının Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli deyib. O bildirib ki, müsabiqə çərçivəsində maraqlı, ictimai əhəmiyyətli və jurnalistika standartlarına uyğun hazırlanmış materialların təqdim olunması gözlənilir. Natiq Məmmədlinin sözlərinə görə, yeniliyə əsasən, jurnalistin müsabiqəyə təqdim etdiyi materialla bağlı fərdi rəqəmsal hesablarında yerləşdirdiyi paylaşımlar da qiymətləndirmə prosesinə daxil ediləcək. O qeyd edib ki, burada əsas göstərici qarşılıqlı əlaqə sayıdır. Bu zaman paylaşımın topladığı bəyənmə, şərh, təkrar paylaşım (share) və saxlamaların (save) ümumi sayı hesablanacaq. Şöbə müdiri vurğulayıb ki, bu yanaşma həm materialın peşəkar keyfiyyətini, həm də onun auditoriyaya çatdırılmasını və rəqəmsal müstəvidə yaratdığı təsiri nəzərə almağa imkan verəcək. (Apa) Reportyor.az
Tam oxu Reportyor.az saytındaDərc vaxtına görə
