Qırmızı yuxu – Racu Şıxlı

8 dəq oxu
Xəbər
(povest)
(əvvəli: https://tezadlar.az/qirmizi-yuxu-racu-sixli/)
Tibb bacısının az öncəki qəmzəli sifəti bir anlıq qırışdı. Qalın qaşlarını çatdı və sərt bir səs tonunda:
–Yoldaş əsgər, siz dincəlməlisiniz!
İri addımlarla otağı tərk etdi. Axı, mənim axırıncı sualımda onu qəzəbləndirəcək nə var idi ki… Ciyərlərim bərk sancmağa başladı. Bu vaxt düşündüm ki, tibb bacısı “Telefonunuz var?” sualımı elə zənn edib ki, mənim ondan xoşum gəlib və telefon nömrəsini istəyəcəm ki, boş vaxtımda zəng edib daha yaxından tanış olaq. Nəfəs almaqda çətinlik çəksəm də az öncə sonuncu sualımdan narahat olaraq, mənə yarı sakit, yarı əsəbi cavab verib palatanı tərk edən tibb bacısının tərs başa düşdüyünü yadıma salıb, güldüm. Palatada məndən başqa digər üç çarpayıda yatan əsgərlərə baxdım. İstədim onlardan öyrənəm xəstəliyimizin adını, baxdım ki, yatıblar. Hərdən bir inilti səsləri gəlirdisə də hərəkət edəni olmadı. Bir azdan başqa bir tibb bacısı palataya daxil olub, öncə təziqimi sonra hərarətimi yoxlayıb, əlindəki dəftərçəyə qeyd etdi. Sonra yan cibindən iki ampula çıxarıb, şpirisə çəkdi qoluma – əzələ altına vurub getdi. İndi başqa tibb bacısının palataya gəldiyini, mənə iynəni başqasının vurduğunu gözəl anlayırdım. Bu xidməti polkovnik Poladzadə bu gün, gün boyunca yanımda olan cılız tibb bacısına tapşırmışdı. Lakin mənim sonuncu sualım onu yaman utandırmışdı deyə başqasını göndərmişdi palataya. İndi anamdan xəbərsiz, hospitalın 47 nömrəli palatasında canımla çəkişirdim. Ciyərlərimin küt ağrısı azacıq sakitləşmişdi. Nəfəsimi ağır da olsa ala bilirdim. Amma sankı sağ tərəfimdən – böyrəyimin üstündən ağır bir daş asılmışdı. Başımın üstündəki pəncərədən boylanmaq istəsəm də ağrıdan keyiyən bədənimi tərpədə bilmədim. Gözlərimi yuxarı qaldırıb, qaşlarımın altından göyün üzünə baxdım. Ay boz buludların arasında gizlənmişdi. Hərəkət edən buludlar ötdükcə ay üzünü azacıq göstərib yenidən itirdi. Gözlərimi yumub, zümzümə etməyə başladım. Sanki bədahət gəlmişdi mənə.
-“Həyat yollarım daşlı-kəsəkli
Kədərli gözlərim daima nəmli
Körpəcə ürəyim ağrılı-qəmli
Ruhum da bezikib canımdan mənim
Sönüb gözümdə işıqlı dünya
Həsrətəm gecələr ulduza, aya
Canım da dərd olub ata, anaya
Ruhum da bezikib canımdan mənim”… (Bir neçə gündən sonra, özümə gəldim və bu şeirimi gündəliyimə qeyd etdim ki, unudulmasın)
Yuxuya getsəm də yuxu gizlənmişdi məndən. O gecə yuxu görmədim. Hərbin öz sərt qanunları var. İndi mən Vətənə aid idim. Qayğılarımı zabitlər, komandirlər çəkirdi. Belə bir vəziyyətə düşüb, hospitala gəldiyimi valideynlərimə xəbər verməmişdilər. Hərb qaydaları bunu tələb edirdi, mən də həmin qaydaya boyun əyməli idim. Amma o gecə ilk dəfə anladım ki, insanın Vətənə aid olması onun ailəsindən qopması demək deyil. Bədənim hospital çarpayısında uzanmışdı, fikrim isə evimizin qapısında dayanıb anamın səsini gözləyirdi. Bəzən ən ağır növbə səngərdə yox, xəbər verə bilmədiyin bir yataqda başlayır; adam öz ağrısını gizlətməklə doğmalarını qoruduğunu düşünür, halbuki onların nigarançılığını sadəcə gecikdirir… Gözlərimi açanda başımın üstündə anamla, atamı gördüm. Atam birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdu. Ağdərə döyüşlərində sağ ayağının dizdən aşağı hissəsini itirmişdi. Qarın nahiyəsindəki qəlpə izləri də o ağır döyüşlərin nişanəsi idi. Dövlətin xüsusi diqqət və qayğısı daima atamla idi. Dövlət sifarişli protez ayaqla gəzirdi Qarabağ qazisi… Gözlərinin qarası qanın içində itmişdi anamın. İçin-için ağlayırdı. Titrəyən əlini ağzına bərk-bərk sıxmışdı ki, hıçqırığının səsini eşitməyim. Gözlərimi tam açdım. Anam kömürtək qaralmış dodaqlarını üzümə toxundurub, davamlı öpməyə başladı məni. Qəhər boğazımda elə düyünlənmişdi ki, danışa bilmədim. Anam təlaşdan soyuyub buza dönmüş üzünü üzümə söykəyib titrək səslə pıçıldadı:
Mənbə
1 mənbə



