Qeydlər - Yeni hekayə
6 dəq oxu
Xəbər
Kulis.az "Poçt qutusu" rubrikasında Azərbaycan Milli Konservatoriyasının nəzdində incəsənət gimnaziyasının tələbəsi Səid Nəzərlinin "Qeydlər" hekayəsini təqdim edir.
Səhər idi. Joş yenə həmişəki kimi günəşin nazlana-nazlana yaydığı şəfəqini səbirsizliklə, sıxılmadan gözləyirdi. Ayağında baş barmağı deşikli corab, üstündə anasının dəfələrlə yamaq vurduğu Joşun isə dəfələrlə dəlik-deşik etdiyi cır-cındır geyim var idi.
Balaca misterin şalvarının dizləri yerdə "kanki" etməkdən yox olmuş, şalvarı ilə sanki özünəməxsus dəstləşdirmişdi. Joş bu geyimlə narahat olmur, evdəki hər anını, hər dəqiqəsini bunlarla keçirirdi.
Evin ən dəcəli, həm də ən xoşbəxti o idi. Səhər durar, günəşi salamlayar, qardaşı ilə oyuncağın davasını edər, sonra yenə davanı başladar evdə o yana bu yana qaçar, evi beynəlxalq qaçış yarışları meydançasına çevirər, ən tez yeməyə gəlib ən gec yeməyini bitirər, sonra da anası tərəfindən min bir əziyyətlə yatızdırılmağı gözləyir və yenə həyatının çarxını başladar. Onun gənc bir bacısı da vardı. Onun əksinə, bacısı çox cəsarətli və qorxmaz idi.
Joş pişikdən qorxub qaçır, gecə su içə bilmir, ailəsindən 3 metr ayrıla bilməyən pişik balası kimi ailəsini axtarırdı, ailəsi isə onun gələcəyindən qorxurdu. Məktəbdə uşaqlar ondan istifadə edir, onun qorxusunu inanclara və qəribə varlıqlara qədər aparıb aparırdılar.
Məktəbdə Joş kimi, çatıq qaşlı şeytanın ət və skelet tapmış halına bənzər bir fəhlə uşağı olan oğlan var idi. Oğlanın adı Darks idi. Əslində ailəsi də onun kimi cəhənnəmdən çıxmışa oxşayırdı. Uşağın adını da düşünmədən illərlə həbs yatmış və saysız-hesabsız pis iş görmüş qohumlarının adını qoyublar.
Uşağın məktəbdə olması belə müəllimləri qorxudur, bəzi uşaqlar isə məktəbdən çıxırdı. İndi bunu deyəndə onlara inanmaya bilərdiniz. Nə yaman uşaqdı ki, hamı ondan qorxub qaçır. O sadəcə fəhlə uşağıdır. Bəli, amma Joş da elədir. O vaxtlar ən çox gözə batan şey kiminsə ailəsinin - valideynlərinin fəhlə yoxsa aristokrat olması idi. Təbii ki, bu da sosial bərabərsizliyə aid olan bir məqamdır. Ayrı-seçkilik, kənara itələnmə, saymazlıq və daha nələr...
Amma Joş həyatı güllü-çiçəkli bir buket kimi görürdü. Sizcə də bu qəribə deyilmi? Əgər Joşun qorxaq olduğunu biliriksə, bəs necə və niyə o hələ də məktəbdəki digər uşaqlar kimi qorxub çıxmır? Əslində, Joş cəsurdur, Joş elədir, belədir deməyəcəm. Yəni bir düşünün, hamı qaçır və o məktəbdə o uşaq belə deyə bilməyəcəyimiz varlıqla təkbətək qalır.
O günlər onun üçün çox pis keçir... Joşun atası mister Qlink qızına sanki bir brilyant kimi baxan atadır, amma iş Joşa gələndə ya çox vaxt etdiyi kimi ona bir - iki qapaz ilişdirir, ya da o yatana qədər ondan şikayət edir. Atanın da hirsi sanki heç vaxt qurumur, həmişə nəm olur...
Mənbə
1 mənbə



