Qərb kəşfiyyatı: Putin qış boyunca Ukraynada müharibəni davam etdirmək niyyətindədir
İnfoaz.mediainfoaz


18.11.2026 - 20:48
22
Qərb kəşfiyyatının qiymətləndirmələrinə görə, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinlə Çində keçirilməsi gözlənilən görüşə baxmayaraq, qış aylarında Ukraynaya qarşı müharibəni davam etdirmək niyyətindədir.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Məlumata görə, Putin döyüş meydanında əldə edilən irəliləyişlərin və Ukraynaya davamlı zərbələrin Kiyevin müqavimətini zəiflədəcəyinə ümid edir.
Qərb kəşfiyyatının qiymətləndirmələrində Moskvanın hərbi əməliyyatları davam etdirmək planlarından geri çəkilmədiyi bildirilir.
Rauf
1 mənbə