Qayınanası ilə münasibətdə olan gənc həbsxanadan MESAJ GÖNDƏRDİ – FOTO


Qayınanası ilə münasibətdə olduğu iddia edilən gənclə bağlı yeni xəbər var.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Türkiyədə Esra Erolun ATV telekanalında yayımlanan proqramı ilə tanınan 21 yaşlı Cuma Doğanla bağlı yeni məlumat yayılıb.
Məlumata görə, 47 yaşlı nişanlısının anası Güldanə ilə münasibətdə olduğu iddia edilən Doğan həbsxanadan yaxınlarına göndərdiyi mesajda peşman olduğunu bildirib və gündə beş dəfə namaz qılmağa başladığını deyib.
Xatırladaq ki, ötən il geniş rezonans doğuran hadisədən sonra Cuma Doğan və Güldanə saxlanılıb.
Məhkəmənin qərarı ilə hər ikisi ağırlaşdırıcı hallarla hədələmə ittihamı üzrə həbs edilib.
Xuraman Etibarlı
İnterpress.az
1 mənbə
