Qanunsuz qaz satışında ittiham olunmuşdu... indi vəzifəyə gətirilir...


Qanunsuz qaz satışında ittiham olunmuşdu... indi vəzifəyə gətirilir... - İDDİA
SOCAR Azəriqaz İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsi Şamaxı Xidmət sahəsində tədarük var. Bu barədə "DİA-AZ"a göndərilən məlumatda deyilir.
Məlumatı verən mənbə iddia edir ki, "yuxarılarda" nüfuzlu himayədarları olan Vüsal Qurbanov Şamaxı XS-də qəza xidmətinin rəisi postuna gətirilir. İddia olunana görə, bu barədə artıq "bütün mərhələlər" geridə qalıb.
Məlumatlarda o da qeyd olunur ki, Vüsal Qurbanov vaxtilə qanunsuz qaz satışının təşkilinə görə həbs olunanlar sırasında olub. Sonradan müəmmalı şəkildə azadlığa çıxsa da, ortadakı faktlar da təsdiqləyirdi ki, məhz onun adı bu işdə əsas fiqur kimi çəkilir.
İndi isə Vüsal Qurbanov qəza xidmətinə rəis vəzifəsinə hazırlanır. Baş tutacaqmı? Bunu isə yaxın günlərdə görəcəyik...