"Qalatasaray"ın oyununda stadion dəyişikliyi edildi


Türkiyənin "Qalatasaray" klubu qarşıdakı "Samsunspor" matçının keçiriləcəyi məkanla bağlı rəsmi açıqlama yayıb.
Fanat.Az xəbər verir ki, ev arenası olan "RAMS Park"ın ot örtüyündə aparılan təmir və baxım işləri səbəbindən qarşılaşma başqa stadionda baş tutacaq.
Qərara əsasən, "Qalatasaray" – "Samsunspor" oyunu İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 21-i saat 17:00-da start götürəcək.
