"Qalatasaray"ın müdafiəçisi zədələndi


"Qalatasaray"ın müdafiəçisi Davinson Sançes Kolumbiya yığmasının düşərgəsində zədə alıb.
Fanat.Az xəbər verir ki, 29 yaşlı futbolçu Çili ilə keçirilən matçda üz nahiyəsindən zərbə aldıqdan sonra qarşılaşmanı davam etdirə bilməyib.
Kolumbiyalı müdafiəçi görüşün 24-cü dəqiqəsində meydanı tərk edib və onun yerinə Lusumi oyuna daxil olub.
Qeyd edək ki, tərəflər arasındakı qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
