"Qalatasaray" "Fənərbağça"nın futbolçusunu heyətinə qatmaq istəyir


"Qalatasaray" əzəli rəqibi "Fənərbağça"nın müdafiəçisi Mert Müldürün durumunu yaxından izləyir.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılılar" milli futbolçunun klubundakı gələcəyi ilə bağlı prosesləri diqqətdə saxlayırlar.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
İddialara görə, əgər "Fənərbağça" rəhbərliyi 27 yaşlı cinah müdafiəçisi ilə müqavilə müddətini uzatmasa, "Qalatasaray" mövsümün sonunda ona rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Türkiyə millisinin üzvünün "sarı-lacıvərdlilər"lə müqaviləsi cari mövsümün sonunda başa çatır. O, burada 127 oyunda 5 qol vurub və 13 məhsuldar ötürmə edib
1 mənbə
