"Qadının ən böyük düşməni elə qadındır"


Əməkdar artist Nigar Şabanovanın sosial şəbəkədəki paylaşımı müzakirələrə səbəb olub.
Demokrat.az xəbər verir ki, müğənni qadınlar arasında dostluq münasibətlərinə dair fikirlərini bölüşərək izləyicilərinə xəbərdarlıq edib.
Sənətçi bildirib ki, hər zaman xoş münasibət göstərən insanlara dərhal etibar etmək doğru deyil. O, qadınları yaxın rəfiqələrinin davranışlarına qarşı diqqətli olmağa çağırıb.
Nigar Şabanova paylaşımında bu fikirləri ifadə edib:
"Qızlar, hər üzünüzə gülüb can yandırırmış kimi özünü göstərən qızları dost sanmayın. Mütləq qarşılığında özünə nə xeyirdirsə, onun üçün edir. Qadının ən böyük düşməni elə qadındır. Kişi dostundan ziyan gəlməz. Başınıza nə gəlirsə, çox vaxt elə ən yaxın rəfiqənizdən bilin".
Əməkdar artist paylaşımına əlavə olaraq, "Mənim quyumu qazan, gözəl özün düşdün o quyuya, illərimi zəhər edən" sözlərini də yazıb. Onun bu ifadələri kimə ünvanladığı isə məlum deyil. (Milli.az)
Dərc vaxtına görə
