Putindən onun həbsdən azad edilməsini istədi


Yaponiyanın Baş naziri Sanae Takaiçi Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Rusiyada həbsdə saxlanılan yapon jurnalist Yuki İmainin azad edilməsini istəyib.
Xitab24.az xəbər verir ki, “Associated Press”in məlumatına görə, liderlər arasında görüş noyabrın 18-də Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutub.
Təxminən 30 dəqiqə davam edən görüşdə Takaiçi jurnalistin saxlanılması ilə yanaşı, Rusiyada fəaliyyət göstərən Yaponiya şirkətlərinin vəziyyətini də gündəmə gətirib. Tərəflər müxtəlif səviyyələrdə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, “Hokkaydo Şimbun” qəzetinin müxbiri Yuki İmai oktyabr ayında Rusiyada casusluq şübhəsi ilə saxlanılıb. Moskva jurnalisti müdafiə sahəsinə aid məlumat toplamaqda ittiham edir. Tokio isə bu ittihamları rədd edir və jurnalistin azad olunmasını istəyir.
Xatırladaq ki, bu, Yaponiya və Rusiya liderləri arasında 2019-cu ildən bəri keçirilən ilk birbaşa görüş olub.
