Putin və Paşinyan Moskvada danışıqlar aparacaq


Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 3-də işgüzar səfərlə Rusiyaya gedəcək.
Operativ Media xəbər verir ki, bu barədə Paşinyan jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, səfər çərçivəsində Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü və müzakirələri nəzərdə tutulub.
Paşinyan bildirib ki, dekabrın 11-12-də Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün yenidən Rusiyaya səfər edəcək.
Ermənistanın Baş naziri, həmçinin dekabrın sonunda Aİİ və MDB liderlərinin görüşlərində iştirak etmək məqsədilə Rusiyaya gedəcəyini açıqlayıb.
