Putin bu gün Trampla görüşəcək - AÇIQLAMA


Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli görüş noyabrın 19-da Şençjendə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin plenar iclasından sonra keçiriləcək.
SİTAT: “Sabah (bu gün) ikitərəfli görüş keçirməyi planlaşdırırıq. Hazırlaşırıq və ümid edirik ki, görüş faydalı və məzmunlu olacaq. Söhbətdə hər iki tərəfdən bir neçə nəfər iştirak edəcək”, – deyə o bildirib.
Mətləb
Dərc vaxtına görə
