Prokurorluq orqanlarına qulluğa qəbul üçün yazılı imtahan keçirilib


10 mənbə əsasında
Azərbaycanda prokurorluq orqanlarında mövcud olan otuz vakant ştat vahidi üzrə müsabiqənin yazılı imtahan mərhələsi baş tutub. Baş prokurorun müavini Heydər Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, sayca iyirmi səkkizinci dəfə təşkil edilən bu müsabiqənin imtahanında yüz otuz üç namizəd mübarizə aparır. İmtahandan əvvəlki test mərhələsi Dövlət İmtahan Mərkəzi ilə birlikdə həyata keçirilib, son mərhələdə isə namizədləri müsahibə gözləyir. Cari ildə qəbul qaydalarında heç bir dəyişiklik edilməyib və proses şəffaf şəraitdə aparılır.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Prokurorluğa qulluğa qəbul: yazılı imtahan keçirilib
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi keçirilib.Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.Bildirilib ki, 2002-ci ildən başlayaraq müsabiqə yolu ilə qulluğa qəbul edilmiş ali hüquq təhsilli mütəxəssislər hazırda prokurorluğun kadr korpusunun 97 faizini təşkil etməklə, onların böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilmiş və hazırda bir hissəsi rəhbər vəzifələrdə çalışır.Noyabrın 23-də prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbəti - 28-ci müsabiqənin yazılı imtahan mərhələsi keçirilib.Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilmişdir. İmtahanı müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə edib.Hazırkı müsabiqənin yazılı imtahan mərhələsində iştirak etmiş 133 namizəd (o cümlədən 47 qadın) Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Naxçıvan Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının və xarici ali təhsil müəssisələrinin məzunlarıdır.Azərbaycan Baş Prokurorluğunun "İşin Təşkili Qaydaları"na müvafiq olaraq yazılı imtahan işləri "ikiqat yoxlama" üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssis tərəfindən yoxlanıldıqdan sonra yekun nəticələr media vasitəsi ilə ictimailəşdiriləcək, eyni zamanda bu barədə Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarında məlumat yerləşdiriləcək.
Tam oxu Mia.az saytındaDərc vaxtına görə