Prezidenti İlham Əliyev noyabrın 21-də Hanoyda rəsmi qarşılanma mərasimi olub


Vətənim Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 21-də Vyetnamın paytaxtı Hanoyda rəsmi qarşılanma mərasimində iştirak edib.
Vyetnam Prezidenti To Lam və xanımı No Fon Li İlham Əliyevi və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı qarşılayıblar. Mərasimdə hər iki ölkənin dövlət himnləri səslənib, fəxri qarovul dəstəsi prezidentlərin qarşısından keçib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Mərasimdə Vyetnamın rəsmi şəxsləri İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə To Lama təqdim olunublar.
Əsas mənbə: APA
Dərc vaxtına görə