Prezident və xanımı Vyetnama səfər edəcəklər – Hikmət Hacıyev


19.11.2026 - 15:26
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi və Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və onun xanımının dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə 2026-cı il noyabrın 19-dan 21-dək Vyetnamda rəsmi səfərdə olacaq.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında bildirib.
Onun sözlərinə görə, bu münasibətlə Prezident İlham Əliyev media nümayəndələrinə müsahibə verib.
Hikmət Hacıyev Vyetnam Xəbər Agentliyində (VNA) yayımlanan müsahibənin linkini paylaşıma əlavə edib.
Dərc vaxtına görə
İnfoaz.mediaoxuduğunuz
Prezident və xanımı Vyetnama səfər edəcəklər – Hikmət Hacıyev