Azərbaycan Prezidenti Almaniyanın xarici işlər nazirini qəbul edib


18 mənbə əsasında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaq dövlət başçısına Almaniya Prezidentinin və Federal Kanslerin salamlarını çatdırıb. Görüş zamanı tərəflər iyul ayında baş tutmuş rəsmi səfər çərçivəsində imzalanmış sənədlərin ikitərəfli əməkdaşlığın möhkəmlənməsindəki rolunu qeyd ediblər. Söhbətdə siyasi, iqtisadi, enerji, nəqliyyat, logistika və turizm sahələrində əlaqələrin inkişafı, həmçinin Azərbaycan qazının Almaniyaya ixracı və Orta Dəhlizin rolu müzakirə olunub.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Oxu24.com xəbər verir ki, qonaq, ilk növbədə, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin və Federal Kansler Fridrix Mertsin salamlarını dövlət başçısına çatdırıb.Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Almaniya Prezidentinə və Federal Kanslerinə çatdırmağı xahiş edib.Söhbət zamanı bu ilin iyulunda dövlət başçısının Almaniyaya rəsmi səfəri, səfər çərçivəsində keçirilən görüşlər və aparılan səmərəli müzakirələr məmnunluqla xatırlanıb. Həmin səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamənin ikitərəfli əməkdaşlığın möhkəmlənməsində roluna toxunulub.Görüşdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi, sərmayələr, biznes, ənənəvi və alternativ enerji, bağlantılar, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi vurğulanıb, bu ildən başlayaraq Azərbaycan qazının Almaniyaya ixracı qeyd olunub.Söhbət zamanı ölkəmizin Orta Dəhlizdə önəmli roluna toxunulub, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Tam oxu Oxu24.com saytındaDərc vaxtına görə
Report+20 mənbə