Premyer Liqa: “Zirə” Yevlax, “Sabah” Sumqayıt səfərində


BAKI, 20 noyabr. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.
Teleqraf xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Belə ki, günün ilk matçında “İmişli” “Zirə”ni qəbul edəcək. Yevlax şəhər stadionunda keçiriləcək görüş saat 14:30-da başlayacaq. Qarşılaşmanı Cavid Cəlilov idarə edəcək.
Günün digər oyununda “Sumqayıt” doğma meydanda “Sabah”la üz-üzə gələcək. M.H. Sumqayıt şəhər stadionunda keçiriləcək matç saat 19:00-da start götürəcək. Görüşün baş hakimi Elvin Bayramov olacaq.
Azərbaycan Premyer Liqası
XII tur
20 noyabr
14:30. “İmişli” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nazim Abdullayev
VAR: Kamranbəy Rəhimov
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Yevlax şəhər stadionu
19:00. “Sumqayıt” – “Sabah”
Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Zöhrab Abbasov, Vüqar Həsənli
VAR: Rəşad Əhmədov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
M.H. Sumqayıt şəhər stadionu
