Portuqaliya millisində 7 nömrənin dizaynı Kriştiano Ronaldunun gedişindən sonra dəyişdirildi


Portuqaliya milli komandası Kriştiano Ronaldunun yığmadakı karyerasını başa vurmasından sonra 7 nömrənin dizaynında dəyişiklik edib.
Offsideplus.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyası sosial şəbəkədə yayımladığı açıqlamada "Yeni 'yeddini' təqdim etməyin vaxtı çatıb. Çünki bir 'yeddi' var ki, o, əbədi qalacaq" ifadəsinə yer verib.
Kriştiano Ronaldu 5 noyabrda milli komandadakı çıxışlarını başa vurduğunu açıqlayıb. O, 2003-cü ildən Portuqaliya yığmasının formasını geyinib.
Portuqaliya millisi 14 noyabrda UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Danimarka ilə qarşılaşacaq. Oyun Braqa şəhərindəki "Muniçipal di Braqa" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.