Polşa Konstitusiya Məhkəməsinin sədri və müavini vəzifədən kənarlaşdırılıb


Polşa Konstitusiya Məhkəməsinin Hakimlərinin Ümumi Yığıncağı məhkəmənin sədri Boqdan Sventçkovski və onun müavini Bartlomey Soxanskinin vəzifələrindən kənarlaşdırılması barədə qərar qəbul edib.
Gunxeber.Az xəbər verir ki, qərarla hər iki hakim toxunulmazlıq hüququndan da məhrum edilib.
Qərar Polşanın baş prokuroru Valdemar Jurekin vəsatəti əsasında qəbul olunub. Baş prokuror bildirib ki, hakim toxunulmazlığının ləğvi Sventçkovski və Soxanskiyə qarşı cinayət ittihamlarının irəli sürülməsinə imkan yaradır.
Oktyabrın 30-da təqdim edilən vəsatətlərdə operativ müşahidə materiallarından icazəsiz istifadə və məxfi məlumatların açıqlanması ilə bağlı məsələlərin yer aldığı bildirilir.
Prokurorluğun müraciətindən əvvəl Seymin hazırkı tərkibi tərəfindən seçilmiş bir qrup hakim Anna Korvin-Piotrovskayanın ən böyük iş stajına malik hakim kimi Konstitusiya Məhkəməsinə rəhbərlik etməsi barədə mövqe ortaya qoymuşdu.
Polşada Konstitusiya Məhkəməsinin tərkibi uzun müddətdir ölkənin əsas siyasi qüvvələri arasında fikir ayrılığına səbəb olur. Baş nazir Donald Tuskun hökuməti əvvəlki hakimiyyət dövründə seçilmiş hakimlərin dəyişdirilməsinə çalışır.
Polşa Prezidenti Karol Navrotski isə bu ilin əvvəlində Seymin seçdiyi altı hakimin təyinatını təsdiqləməyib. Sventçkovski də həmin hakimlərin vəzifələrinin icrasına başlamasına imkan verməyib.
Navrotski və Sventçkovskinin 2023-cü ilədək hakimiyyətdə olmuş müxalif “Hüquq və Ədalət” Partiyasını dəstəklədikləri bildirilir.
Xəbərlərimizi Google-da izləyin Yeniliklərdən dərhal xəbərdar olun
01:30
01:00
00:15
23:15
16:14
05:30
Dərc vaxtına görə
Gunxeber.azoxuduğunuz
Polşa Konstitusiya Məhkəməsinin sədri və müavini vəzifədən kənarlaşdırılıb
