Dövlət Təhlükəsizliyi Xidməti xaricdə terror təşkilatının fəaliyyətində iştirak edənləri saxlayıb


13 mənbə əsasında
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ölkə hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən vətəndaşlarla bağlı əməliyyat keçirib. Dini radikalizm zəminində yaradılmış silahlı qrupun üzvləri olan Yunus Abdurahmanov və Abdulla Həsənbəyov xarici ölkələrdə saxlanılaraq məsuliyyətə cəlb ediliblər. İstintaq materiallarına əsasən, həmin şəxslər terror təşkilatının düşərgələrində hərbi təlimlərdə iştirak edib və hərbi əməliyyatlara qoşulmaq niyyətində olublar. Faktla bağlı müvafiq cinayət işi açılıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Polisdən ƏMƏLİYYAT: Həbs edilənlər var
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində əvvəllər eyni əməllərə görə məhkum olunmuş 44 yaşlı Xalid Mustafayev Xətai rayonu ərazisində özünə məxsus “Vidal” aptekdə güclü təsir edən dərman preparatlarını narkotik asılılığı olan şəxslərə qanunsuz olaraq satdığı üçün saxlanılıb. DİN-in Mətbuat xidmətindən Bakıvaxtı.az -a verilən məlumata görə, baxış zamanı aptekdən İran İslam Respublikasında istehsal edilərək ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik tərkibli güclü təsir edici “Diazepam” və “Pregabalin” (lirika) həbləri aşkarlanaraq götürülüb. Araşdırma zamanı X.Mustafayevin narkotik tərkibli həblərin qanunsuz dövriyyəsini birlikdə təşkil etdiyi şəxslərin dairəsi də müəyyənləşdirilib. Davam etdirilən əməliyyatlarla həmin şəxslər - 38 yaşlı Orxan Kəngərli, 35 yaşlı Elşad Aslanlı, 36 yaşlı Pərviz İsmayılov, 34 yaşlı Tural Əliyev, 43 yaşlı Tural Ağayev və 35 yaşlı Murad Həsənov da polis tərəfindən saxlanılıblar. Baxış zamanı bu şəxslərdən də güclü təsir edici “Pregabalin” həbləri aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, T.Əliyev narkotik asılılığı olan O.Kəngərli və hazırda şəxsiyyətləri istintaqla araşdırılan digərlərini tanışı X.Mustafayevlə əlaqələndirib. Bu şəxslər isə öz növbəsində müxtəlif vaxtlarda həmin aptekdən xüsusi resept əsasında satılması nəzərdə tutulan “Pregabalin” və digər adlarda olan psixotrop tərkibli preparatları qanunsuz yollarla əldə ediblər. Bəzi hallarda isə narkotik tərkibli həblərin ödənişi T.Əliyevin bank kartına köçürülərək bu yolla X.Mustafayevə çatdırılıb. İstintaq zamanı müəyyən edilib ki, O.Kəngərli əldə etdiyi güclü təsir edici həblərdən şəxsi istifadəsi ilə yanaşı, müxtəlif vaxtlarda tanışı E.Aslanlıya və P.İsmayılova da satıb. Bu məqsədlə O.Kəngərli satdığı narkotiklərin gizlədildiyi yerin ünvanını qohumu M.Həsənov vasitəsilə E.Aslanlıya göndərib. Bundan başqa, O.Kəngərlinin digər qohumu T.Ağayevlə güclü təsiredici preparatların istifad
Tam oxu Bakivaxti.az saytındaDərc vaxtına görə