Polis ötən gün 62 şübhəli şəxsi saxlayıb


Cəmiyyət
0 0
Bugün 10:01
Noyabrın 17-də ölkə ərazisində polis əməkdaşları tərəfindən 42 yeni və əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin edilib.
Axtarışda olan 116 nəfər saxlanılıb. Onlardan 90-ı borclu şəxs qismində axtarışda olub.
Həmçinin narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 9 fakt aşkarlanıb.
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
