Poçettiononun Mançester Yunayted üçün müəyyənləşdirdiyi təcili fəaliyyət planı


"Mançester Yunayted"in yeni baş məşqçisi Maurisio Poçettino klubdakı böhranı aradan qaldırmaq və komandanı yenidən ayağa qaldırmaq üçün təcili həll edilməli olan əsas prioritetləri müəyyənləşdirib.
Offsideplus.az xəbər verir ki, Sem Lakkherstin məlumatına görə, argentinalı mütəxəssis heyət strukturundan tutmuş fiziki hazırlığa qədər bir çox sahədə sərt qərarlar verməyə hazırdır.
Planın əsas istiqamətləri:
Bruno Fernandeşin gələcəyi: Komandanın kapitanı və liderinin uzunmüddətli planlardakı rolu dəqiqləşdiriləcək.
Heyətdə təmizlik: Müqavilə və performans baxımından sual altında olan Luk Şou, Harri Maquayr, Lisanandro Martines və Diogo Dalot başda olmaqla bəzi oyunçuların gedişinə şərait yaradılması gözlənilir.
Qış transfer pəncərəsi: Heyətin zəif zonalarını gücləndirmək üçün yanvar ayında sol cinah müdafiəçisi, mərkəz müdafiəçisi və keyfiyyətli mərkəz hücumçusu transfer edilməsi tələb olunub.
Gənc istedadlar: Akademiya yetirmələri Lacey və Amass kimi perspektivli gənclərə əsas komandada daha çox şans verilməsi planlaşdırılır.
İntizam və atletizm: Komandanın ümumi fiziki göstəricilərini və sərt intizam rejimini bərpa etmək üçün məşq metodologiyasında dərhal sərt addımlar atılacaq.
1 mənbə
