"Poçettino yalnız PSJ-də kubok qazanıb"


"Sky Sports"un jurnalisti Kave Solekol Maurisio Poçettinonun “Mançester Yunayted”in baş məşqçisi təyin olunmasını çox ciddi addım adlandırıb.
Offsideplus.az xəbər verir ki, o, argentinalı mütəxəssisi əla insan və xarizmatik lider kimi təsvir edib, onun paltardəhlizində ruh yüksəkliyi yaradacağına şübhə etmir. Solekol on il əvvəl Poçettinonun bu vəzifə üçün ideal namizəd olacağını, indi isə o qədər əmin olmadığını bildirib. Jurnalistin əsas narahatlığı məşqçinin karyerasındakı nəticələrlə bağlıdır: Poçettino yalnız PSJ-də kubok qazanıb, orada isə ilk mövsümündə çempionluğu “Lill”ə uduzub. “
Çelsi”də də cəmi bir mövsüm işləyən məşqçinin komandası mövsümün böyük hissəsini turnir cədvəlinin ortalarında keçirib və altıncı yeri tutub. Solekol onun yanvar transfer pəncərəsində atacağı addımları maraqla gözlədiyini də əlavə edib.
