Poçettino karyerasına antirekord yazdı


Maurisio Poçettino bu gecə antirekordla yadda qaldı.
Offsideplus.az xəbər verir ki, o, baş məşqçilik karyerasında ilk dəfə yeni komandasının baş məşqçisi kimi keçirdiyi debüt matçında məğlubiyyətlə üzləşib.
Belə ki, argentinalı mütəxəssisin əvvəlki altı debüt oyununun ikisi qələbə, dördü isə heç-heçə ilə başa çatmışdı. Bu dəfə isə onun uğurlu seriyası qırılıb.
