“PMD Group” yenidən təşkil olunur – Yeni şirkət yaradılıb


Azərbaycanda fəaliyyət göstərən “PMD Group” MMC yenidən təşkil olunduğunu elan edib.
Banker.az xəbər verir ki, şirkətin tərkibindən ayrılma yolu ilə “Spinoff İnvestment” MMC adlı yeni şirkət yaradılıb.
Elana əsasən, “PMD Group” MMC-nin yenidən təşkili ayrılma formasında həyata keçirilib.
Qeyd edək ki, ayrılma formasında yenidən təşkil zamanı mövcud şirkət fəaliyyətini davam etdirir, onun hüquq və öhdəliklərinin müəyyən hissəsi isə bölünmə balansına uyğun olaraq yeni yaradılan hüquqi şəxsə keçir.
Xatırladaq ki, “PMD Group” MMC 2013-cü ildə təsis edilib və Azərbaycanda daşınmaz əmlakın inkişafı, investisiya qoyuluşu və əmlakın idarə olunması sahələrində fəaliyyət göstərir. Şirkət yaşayış kompleksləri, kommersiya obyektləri, mehmanxanalar və çoxfunksiyalı daşınmaz əmlak layihələrinin inkişafı və idarə edilməsi ilə məşğuldur.
Dərc vaxtına görə