Sürətlə Yeni Mövsümə lotereyasının sonuncu avtomobil qalibi müəyyənləşib


21 mənbə əsasında
Azerlotereya.com və Misli.az platformaları tərəfindən təşkil edilən “Sürətlə Yeni Mövsümə” stimullaşdırıcı lotereyasının sonuncu tirajı baş tutub. Tədbir nəticəsində kampaniyanın ikinci “Changan Q07” markalı avtomobilinin sahibi Emil Sultanov olub. Qalib əslində oyun konsolu qazanmaq istəsə də, ona daha dəyərli mükafat qismət olub. Ümumilikdə kampaniya müddətində müxtəlif qiymətli hədiyyələr, o cümlədən smartfonlar, bonuslar və avtomobillər sahiblərinə təqdim edilib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
“PlayStation 5” udmaq istəyirdi, amma “Changan Q07” qazandı - “Sürətlə Yeni Mövsümə” lotereyasının qalibi danışdı
Azerlotereya.com və Misli.az platformalarında keçirilən “Sürətlə Yeni Mövsümə” stimullaşdırıcı lotereyasının sonuncu tirajının qalibləri müəyyənləşib və 2-ci avtomobilin sahibi bilinib. Mia.az xəbər verir ki, bəxtəvər qalib Emil Sultanov “Changan Q07” qazanıb.Qalib lotereyadan “PlayStation 5” udmağı arzulasa da, ona daha böyük hədiyyə - avtomobil qismət olub. Bundan əlavə, lotereyadan 250 manatlıq bonus qazanan Emil bəy sevincini ilk ailə üvzləri ilə bölüşüb.Kampaniya çərçivəsində idman mərc oyunlarında hər 5 AZN məbləğində iştirak üçün 1 şans, digər oyunlarda (Virtual İdman, ePoz-Qazan, Lotereya) isə 2 şans əldə edərək bir-birindən dəyərli hədiyyələr uğrunda şanslar sınanılıb.Ümumilikdə 24 ədəd “iPhone 17 Pro”, 40 ədəd “PlayStation 5”, 200 ədəd 250 manatlıq bonus və 2 ədəd “Changan Q07” avtomobili qazanılıb.Qaliblər hər həftənin çərşənbə günü 21:00-da təsadüfi seçim alqoritminin köməyilə Misli.az-ın YouTube və “Azərlotereya” Telegram kanallarında canlı yayımda seçilib.Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Tam oxu Mia.az saytındaDərc vaxtına görə
Mia.azoxuduğunuz
“PlayStation 5” udmaq istəyirdi, amma “Changan Q07” qazandı - “Sürətlə Yeni Mövsümə” lotereyasının qalibi danışdı