Pivə içənlərə xəbərdarlıq – Ağrılı oynaq xəstəliyi riskini artırır


Pivə podaqra xəstəliyinin yaranma riskini artırır.
Bu az alkoqollu içkinin az bilinən təhlükəsi barədə revmatoloq Edvard Roddi “The Guardian” nəşrinə müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, podaqra oynaqlarda şiddətli ağrılarla müşayiət olunur və qanda sidik turşusunun səviyyəsinin yüksəlməsi nəticəsində yaranır.
Pivənin tərkibindəki quanazin orqanizmdə uratlara çevrilir və sidik turşusunun səviyyəsinin artmasına səbəb ola bilər. Uratların həddindən artıq çox olması oynaqlarda iti kristalların əmələ gəlməsinə gətirib çıxarır. Həkim vurğulayıb ki, podaqra riski xüsusilə pivə qəbul edənlərdə yüksəkdir.
Mütəxəssis qeyd edib ki, podaqranın inkişafına təkcə qidalanma vərdişləri deyil, həm də irsiyyət və maddələr mübadiləsinin xüsusiyyətləri təsir göstərir. Onun sözlərinə görə, xəstəliyin tutması adətən qəfil başlayır və çox vaxt gecə yarısı baş verir. Bu zaman oynaq qızarır, şişir və güclü ağrı yaranır.
Podaqra əksər hallarda ilkin olaraq ayağın baş barmağını zədələyir. Lakin zaman keçdikcə xəstəlik topuq, diz, əl və dirsək oynaqlarına da yayıla bilər.
N.Talıblı
AzPost.az
Post navigation