PFL prezidenti elita təmsilçisinin baş məşqçi oldu


Futzal üzrə Yüksək Liqanın 2026/2027 mövsümümdə 10 komanda mübarizə aparacaq.
Fanat.Az xəbər verir ki, bunlar son ölkə çempionu "Araz-Naxçıvan", gümüş medalçı "Neftçi" İK, bürünc medalçı "Baku Fayr", eləcə də "Şuşa", "Marafon", "Yasamal", "Rəvan", "AtiDel", "Xankəndi" və "İmişli"dir.
Yeri gəlmişkən, "Rəvan" daha əvvəl PFL prezidenti Elxan Səmədovun da çıxış etdiyi PFL komandasıdır. Yüksək Liqaya ad dəyişikliyi ilə qoşulan "Rəvan"ın baş məşqçisi məhz Səmədov olacaq.
AFFA Futzal Federasiyasını ləğv edərək Futzal Departamenti yaradandan ilk dəfə keçiriləcək çempionatın hər bir iştirakçısının bank hesabına hər ay 5 min manat pul ayıracaq.
Qeyd edək ki, bu gün futzal yarışlarının yeni loqosunun təqdimatı, eləcə də Yüksək Liqa və Birinci Liqanın püşkatma mərasimi keçiriləcək.
Çempionata noyabrın 21-də start veriləcək.
Mirağa