Pentaqon İranın Qeşm adasına zərbəni təsdiqlədi


ABŞ qırıcı təyyarələri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket atdığı İranın Qeşm adasındakı raket buraxılış məntəqəsinə zərbə endirib.Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, məlumatı ABŞ hərbi rəsmisi jurnalistlərə açıqlayıb:"Bu gün səhər ABŞ qırıcı təyyarələri İslam İnqilabı Keşikçiləri Korpusunun(SEPAH) Qeşm adasındakı raket buraxılış məntəqəsinə dəqiq idarə olunan sursatlardan istifadə edərək özünümüdafiə zərbəsi endirib. Bu zərbə SEPAH-ın ABŞ qüvvələrinə və aktivlərinə qarşı təcavüzünə cavab olaraq həyata keçirilib".Bir müddət əvvəl İranın Fars xəbər agentliyi Qeşmin şimal-qərbində bir neçə partlayış baş verdiyinə dair məlumat yaymışdı.
Dərc vaxtına görə
