Payız yağışlarından sonra göbələk zəhərlənməsi riski artır


XƏBƏRLƏR SON DƏQİQƏ
18 noyabr 2026 16:16 264 baxış
Muğla Sıtkı Koçman Universitetinin (MSKÜ) Təbiət Elmləri fakültəsinin Biologiya kafedrasının müəllimi, dosent Hakan Allı payız yağışlarından sonra təbiətdə göbələklərin çoxalmasının zəhərlənmə riskini də artırdığı barədə xəbərdarlıq edib.
Ekologiya.az-ın xəbərinə görə, Hakan Allı universitetin kampus ərazisindəki meşəlik sahədə tələbələrlə birlikdə göbələk toplayaraq onlara zəhərli növləri tanıdıb. O bildirib ki, göbələk zəhərlənmələri, adətən, yağıntıların artdığı dövrlərdə daha çox müşahidə olunur.
Türkiyənin bitki və göbələk müxtəlifliyi baxımından zəngin olduğunu vurğulayan alim göbələklərin üç qrupa ayrıldığını bildirib ki, yeməli, yeyilməsi tövsiyə olunmayan və zəhərli göbələklər. Onun sözlərinə görə, bəzi zəhərli növlər insan həyatı üçün ölümcül təhlükə yarada bilər.
Hakan Allı xüsusilə xalq arasında "kənd çökdürən" kimi tanınan "Amanita phalloides" növünün son dərəcə təhlükəli olduğunu diqqətə çatdırıb. O xəbərdarlıq edib ki, bu göbələyin hətta bir nümunəsi belə ölümcül zəhərlənməyə səbəb ola bilər.
Alim payız aylarında bölgədə "kanlıca", "çıntar" və "melki" adları ilə tanınan "Lactarius" cinsinə aid göbələklərə də tez-tez rast gəlindiyini bildirib. Bu göbələklərin bazarlarda və yol kənarlarında satıldığını qeyd edən mütəxəssis onların zahiri görünüşünə bənzəyən zəhərli növlərin də mövcud olduğunu vurğulayıb.
Hakan Allı dünyada 150 mindən çox göbələk növünün olduğunu, Türkiyənin də bu baxımdan zəngin biomüxtəlifliyə malik ölkələrdən biri sayıldığını diqqətə çatdırıb.
Aysel
